Ələt-Astara yolunda dəhşətli qəza - Ana və oğlu öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 23-də saat 03:30 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonunun ərazisindən keçən 131-ci kilometrliyində Lənkəran rayon sakini Ş.Fərəcovun idarə etdiyi “Kia Sportage” markalı və Astara rayon sakini R.Nəsirovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilləri toqquşub.
Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən bildirilib.
Nəticədə “Kia Sportage” markalı avtomobildəki sərnişinlər Ə.Fərəcova və azyaşlı oğlu A.Fərəczadə ölüb, sürücü Ş.Fərəcov isə bədən xəsarəti alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
"07" "KamAZ"la toqquşdu, 3 nəfər xəsarət aldı (VİDEO)
Lənkəranda "VAZ 2107" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub.“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt- Astara magistral...