Ələt-Astara magistral yolunda TIR aşıb
31
mar
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində avtoqəza olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Astaradan Bakıya doğru hərəkət edən yük avtomobili (TIR) aşdığından həmin istiqamətdə nəqliyyatın hərəkətində müvəqqəti sıxlıq yaranıb. Aşan yük avtomobili ərazidən götürülüb və yol açılıb.
Yük avtomobilinin İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları apardığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur
Yasamalda küçədə su borusu partlayıb. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, 6-cı paralel küçəsində içməlu su borusu partlay...