Elçin Quliyev təxribat baş verən əraziyə gedib - FOTO

03
okt
2019
15:24
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidmətidöyüş fəaliyyətini yoxlayıb.Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən BAKU.WS-ə məlumat verilib.Yoxlanış oktyabrın 2-3-də aparılıb.
Son günlərdə xidməti ərazidəki əməliyyat şəraiti, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri və bununla əlaqədar görülən tədbirlər barədə vəzifəli şəxslərin məruzələri dinlənilib.Dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi, düşmənin təxribatlarının qarşısının qətiyyətlə alınması, şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi barədə tapşırıqlar verilib.

Oxşar xəbərlər
Sərhəd Xidmətinin və Gömrük Komitəsinin rəhbərləri sərhəd-keçid məntəqəsində olublar
Sentyabrın 4-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti gener...
