Elçin Əlibəyli onu döyən idmançı qonşusu ilə polis bölməsində qarşılaşdı və ...
06
noy
2019
09:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Teleaparıcı Elçin Əlibəyli onu döyən idmançı ilə barışıb.BAKU.WS xəbər verir ki, Əlibəyli onu dəstəkləyən hər kəsə təşəkkür edib və qonşusu Natiq Abdullayevlə olan mübahisənin sülh yolu ilə həll edildiyini bildirib:"Əziz həmkarlar, ziyalılar və mənə dəyər verib, çətin anımda yanımda olan dostlar! Gün ərzində Sizin dəstəyinizi və diqqətinizi hiss etdim! Buna görə xüsusi təşəkkür!Yazdığım statusa DİN tərəfindən dərhal reaksiya verildi və başda cənab nazir, general-polkovnik Vilayət Eyvazov olmaqla məsələnin həlli üçün çevik addımlar atıldı. Bakı Şəhəri Baş Polis İdarəsi məsələyə müdaxilə edərək mənim tapdalanmış haqqımı bərpa etmək üçün dərhal tədbirlər gördü.Bakı Şəhəri Baş Polis İdarəsini rəisi general-mayor Mirqafar Seyidov, İstintaq İdarəsinin rəisi polkovnik Nazim İsmayılov və digər əməkdaşlar xüsusi diqqətlə məsələnin həllinə nail oldular. Həmçinin, Yasamal rayon 29-cu Polis şöbəsinin rəisi, polkovnik Ayxan Bağırov bu məsələdə haqqın tərəfində durdulər.Bir daha əmin oldum ki, Azərbaycan polisi dövlətimizin, vətəndaşların keşiyində durmaqla bərabər, onlara xüsusi qayğı və diqqət göstərir. Qonşumla ola mübahisədə məhz polislərin iradəsi ilə razılıq əldə edib, barışdıq. Düşmən olmaq mənim prinsiplərimə ziddir!Sizə, əziz feysbuk dostlarım və mətbuatda çalışan həmkarlarım mənə göstərdiyiniz qayğıya görə təşəkkür edib, ehtiramla önünüzdə baş əyirəm!"Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.BAKU.WS Report-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət...