Bakı polisində YENİ TƏYİNATLAR

20
sen
2019
11:35
Paytaxtın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.BAKU.WS xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı RPİ-nin 30-cü Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail RPİ-nin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.Məlumatı Bakı şəhər BPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-ə təsdiqləyib.
Oxşar xəbərlər
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR
Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ə...
