Ehtiyatsızlıqdan ərini öldürən qadına məhkəmə hansı cəzanı verdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Həyat yoldaşını ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən Raidə Mahmudovanın məhkəmə prosesi yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadın xəbər verir ki, hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Raidə Mahmudova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xəzər rayonunda baş verib. Mübahisə zamanı Raidə Mahmudova Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib və çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov ölüb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...