Kənd Əhmədlidə açıq ərazidə baş verən yanğın söndürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
* * *
Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın başlayıb
BAKU.WS-in "qaynar xətti"nə daxil olan görüntülərə əsasən, yanğın boş sahədə başlayıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti cəlb olunub.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...