Əcəmi metrosunun qarşısında dava: Ölən var - FOTO

26
iyn
2024
08:32
Bakının Nəsimi rayonunda 21 yaşlı oğlan çoxsaylı bıçaq xəsarəti alaraq ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə metronun Memar Əcəmi stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Nicat Məmmədov tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı tanışı Nicatın qarın nahiyəsinə çoxsaylı bıçaq zərbəsi vurub. N. Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb
Qalereya

Oxşar xəbərlər
Bakıda hüquqşünas necə qatil oldu? - Əmircandakı qətlin detalları - FOTO
2003-cü il dekabrın 29-da Bakının Suraxanı rayonu Əmircan qəsəbəsi, Q.Quliyev küçəsindəki 17 saylı evin qarşısında "Volqa" markalı avtomobilin arxa oturacağında...