Ece Erkenin həyat yoldaşı öldürüldü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur aktrisa və aparıcısı Ece Erkenin vəkil həyat yoldaşı, "Beşiktaş" idarə heyətinin keçmiş üzvü Şafak Mahmutyazıcıoğlu öldürülüb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerli saatla saat 00:30 radələrində İstanbulun Bakırköy rayonunda qeydə alınıb.
Ş.Mahmutyazıcıoğlu sürücüsü ilə Bakırköydəki balıq restoranda yemək yeyərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Silahlı hücumdan ağır yaralanan Mahmutyazıcıoğlunu müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Sürücüyə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.
Qalereya
Oxşar xəbərlər
“Qırmızı” kitaba düşən quş və balıqları ovlayanlar tutuldu – FOTO
Su Polisinin əməkdaşları adı “Qırmızı” kitaba düşmüş quş və qanunsuz balıq ovu ilə məşğul olan brokonyerlərə qarşı tərbir keçirib.Bu barədə Daxili İşlər Nazirli...