DYP Şabranda baş verən ağır yol qəzasının görüntülərini yayıb
Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Şabranda baş verən ağır qəzanın görüntülərini yayıb.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib, sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir
Gəncədə bıçaqlanma hadisəsi olub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1993-cü il təvəllüdlü Esmira Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya...