Lökbatanda püskürən palçıq vulkanı ilə bağlı RƏSMİ AÇIQLAMA
Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb. Palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub.
Bu barədə BAKU.WS-ə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Püskürmə 6 dəqiqə 20 saniyə davam edib.
Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.
Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.
Qalereya
***10:30
Ötən gün Lökbatan qəsəbəsindəki palçıq vulkanı növbəti dəfə püskürüb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
İlkin məlumatlara görə, püskürmə zamanı ətrafa heç bir ciddi ziyan dəyməyib. Vulkanın yaratdığı palçıq axını ətrafa yayılıb.
Qeyd edək ki, Lökbatan palçıq vulkanı Bakı şəhərindən 12-15 km cənub-qərb istiqamətində, Lökbatan qəsəbəsi yaxınlığında, Xəzər dənizi sahilində eyni adlı neft-mədən sahəsində yerləşəir. Püskürmələrin sayına görə "dünya rekordçusu" olan bu palçıq vulkanı Azərbaycanın ən aktiv, dünyanın isə ən aktiv 5 palçıq vulkanından biridir.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...