Dünənki qəzada ölən şəxslər hərbçi imiş - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur.
Məlumata görə, hər iki hərbi qulluqçu 44 günlük Vətən müharibəsində və 13 sentyabr 2022-ci il tarixində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər.
Onların nəşi Cəlilabadda Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadıqları rayona yola salınıb.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun 146-cı km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və nəticədə iki nəfər həlak olub.
Qalereya
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...