Dünən koronavirusdan dünyasını dəyişən qazinin GÖRÜNTÜLƏRİ - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Dünən qazi Osmanov Zamir Şakir oğlu Bakıda yerləşən xəstəxənaların birində dünyasını dəyişib.
Bu barədə BAKU.WS-ə onun qazi yoldaşları məlumat verib.
Onların dediyinə əsasən, qazi Zamir Osmanov koronavirusdan həyatını itirib.
Bildirilir ki, mərhumun ölüm xəbərini eşidən anasının bundan sonra ürəyi dayanıb.
***08:19
Vətən müharibəsi qazisi vəfat edib.
BAKU.WS "lent.az"a istinadən xəbər verir ki, Balakən rayonu, İtitala kənd sakini Osmanov Zamir Şakir oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün Balakənə aparılaraq ailəsinə təhvil verilib.
Bu zaman oğlunun ölüm xəbərini eşidən anası Esma Çiliyevanın da ürəyi dayanıb.
Z.Osmanov bu gün doğulduğu kənddə torpağa tapşırılıb.
Esma Çiliyeva isə sabah dəfn ediləcək.
Oxşar xəbərlər
Çörək sexində baş verən dəhşətli QƏTLİN TƏFƏRRÜATI və gözlənilməz MƏHKƏMƏ QƏRARI
Gəncədə çörək sexində iş yoldaşının ölümünə səbəb olan qadına hökm oxunub. BAKU.WS “kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə ötən ilin yanvarında baş v...