Dumanlı hava qəzaya səbəb olub - 8 nəfər yaralanıb
17
dek
2021
23:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Masallı rayonunun Təklə kəndi ərazisində baş verib.
İlkin məlumata görə, minik avtomobili mikroavtobusla toqquşub. Nəticədə azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan dördü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, dördü isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəzaya dumanlı hava şəraitinın səbəb olduğu ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkərandakı qəzada yaralanan şəxslərin adları AÇIQLANDI - YENİLƏNİB
Lənkəran rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, “Ləvəngi” dairəsində qeydə...