Duma spikeri Jirinovskinin ölüm xəbərini təkzib edib - YENİLƏNİB

Duma spikeri Jirinovskinin ölüm xəbərini təkzib edib - YENİLƏNİB
Hadisə 246

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volidin Jirinovskinin ölüm xəbərini təkzib edib. O, öz Telegram kanalında bunları yazıb:

"Vladimir Volfoviçin səhhəti üşün narahat olanları sakitləşdirmək istəyirəm. O, sağdır. Amma onun vəziyyəti ağırdır. Həkimlər Jirinovskini xilas etmək üçün mücadilə verirlər".

***13.10

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.

BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib.

Qeyd edək ki, daha öncə "Mash" teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər