Dubaydan gələn sərnişinin corabından qızıl sikkələr çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıldan hazırlanan pul sikkələrinin Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı aparatdan keçərkən üzərində gömrüyə bəyan olunası əşyaların olması barədə gömrük əməkdaşında şübhə yaranıb və ona ayaq nahiyəsində olan əşyanı təqdim etməsi təklif edilib. Bu zaman hər iki ayağında olan corabın içərisindəki 2 ədəd bükümdə ön tərəfində “Elizabeth II Australia 100 dollars” sözləri, arxa tərəfində isə “Australian Kangaroo 2019 1oz 9999 gold” sözləri həkk olunan, gömrük nəzarətindən gizlədilən, 20 ədəd ümumi çəkisi 622,15 qram olan qızıl sikkə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
İstanbuldan gələn şəxsin yükündə güllə tapıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan patronların Azərbaycan Respublikasının gömrük sərhədindən...