DTX və DSX Azərbaycan-İran sərhədində əməliyyat keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan Azərbaycana 26 kq narkotikin keçirilməsinin qarşısı alınıb.
BAKU.WS-in məlumatına görə, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın İran dövlət sərhədinin Beyləqan rayonundan keçən hissəsində gizli saxlanc yerində gizlədilmiş külli miqdarda narkotik vasitələri götürərkən 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.
A.Hüseynovun əldə etdiyi 3 ədəd bağlamaya keçirilmiş baxış zamanı oradan 26 kiloqrama yaxın qurudulmuş marixuana və 2520 ədəd narkotik tərkibli M40 "Metadon" həbbləri aşkar edilərək götürülüb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...