DTX-nin həbs etdiyi Alimpaşa Məmmədov bu maddələrlə ittiham olunur

DTX-nin həbs etdiyi Alimpaşa Məmmədov bu maddələrlə ittiham olunur
Hadisə 161

Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədova qarşı irəli sürülən ittihamlar məlum olub.

BAKU.WS xəbər verir ki, A.Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dünən onun Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə) və 311-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham olunduğu məlum olmuşdu.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər