DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT

DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
Hadisə 6040

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları az öncə Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

BAKU.WS xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər