DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb

Azərbaycan ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.
Bu barədə BAKU.WS Dövlət Təhlükəsizliyi Ximdəti (DTX) məlumat verib.
Bildirilib ki, aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.
Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.
Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilmiş, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib.
Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilib, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.
Oxşar xəbərlər
Bakı aeroportunda 70 yaşlı qadın vəfat etdi
Dünən saat 15 radələrində Bakı hava limanında ölüm hadisəsi olub. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Beynəlxalq Hava Limanında Şərur rayon sakini 1...
