Drift edərkən uşaq arabası ilə ananı vuran qalmaqallı avtobloger saxlanıldı
Moskva yaxınlığındakı Odintsovo şəhərində drift edərkən idarəetməni itirərək uşaqlı qadını vuran avtobloger saxlanılıb.
BAKU.WS xəbər verir ki, qəza noyabrın 16-na keçən gecə baş verib.
Baş verən hadisə kameraya tuş gəlib. Videodan da göründüyü kimi BMW sürən şəxs drift zamanı maşını yolun kənarında dayanan izdihamın üzərinə sürüb. Əsas zərbə qadın və onun kiçik oğluna dəyib.
Bölgə üzrə İstintaq İdarəsindən verilən məlumata görə, 26 yaşlı bloger polis şöbəsinə təslim olub.
Bİldirilir ki, hadisəni qalmaqallarla tanınan Qadji Qadjiyevdir. O, küçələrdə avtomobili müxtəlif formalarda sürür və drift edir. O, bu istiqamətdə sosial şəbəkələrdə tanınır. O, artıq sürücülük vəsiqəsindən məhrum edilmişdi.
Oxşar xəbərlər
Dayı və qardaşoğlu qəbir yeri baxmağa gedərkən qəzada öldü
Türkiyədə qəbir yeri baxmağa çıxan dayı və qardaşoğlu yol qəzasında həyatını itirib. BAKU.WS xəbər verir ki, hadisə dünən səhər Giresunun Bulancak rayonunda baş...