Dərbənddə Nizaminin heykəlini təhqir etdilər (FOTO)
Dərbənddəki Nizami Gəncəvi adına park bərbad vəziyyətə salınıb.
BAKU.WS-in məlumatına görə, parkdakı yaşıllıqlar məv edilib, skamyalar, yerə döşənən plitələr sındırılıb. Parkın niyə bu vəziyyətə salınması isə sakinlərə izah edilmir.
Qeyd edək ki, parkın vəziyyəti ilə bağlı hələ bir müddət öncə məlumatlar çıxmışdı. Yazıda parkda yerləşən heykəlin bir əlinin barmaqları sındırıldığı, heykəlin digər hissəsinə də dəmir parçaları ilə zərbələr endirildiyi bildirilirdi.
O vaxt, heykəlin təmir olunması, kompleksin bərpa edilməsi üçün Dərbənddə yaşayan azərbaycanlılar vəsait toplayıb, mütəxəssis tapıb, heykəli və kompleksi qaydaya salmaq niyyətindəydilər.
BAKU.WS
Oxşar xəbərlər
Rusları qorxudan Türk silahı KORAL
Türkiyə Suriya sərhədindəki mövqeylərini gücləndirib. BAKU.WS-in məlumatına görə, Türkiyə hava hücumlarından müdafiə üçün Suriya sərhəddinə radioelektron cihaz...