Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub
Dövlətə xəyanətdə ittiham olunan Hicran Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov, Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Report"un yerli bürosu məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16, 5 il, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il və Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə onlara Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
Oxşar xəbərlər
Babək prospektində yük avtomobili mağazaya çırpıldı
Babək prospektində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in "qaynar xətt"inə daxil olan görüntülərdə yük avtomobilinin mağaza...