Dövlətə xəyanət etmiş Akif Bağırovun MƏHKƏMƏSİ BAŞLADI

Dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası martın 13-nə təyin edilib.
Qeyd edək ki, Akif Əlimirzə oğlu Bağırovun mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaiti göndərməkdə ittiham edildiyi bildirilir.
Akif Bağırov vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Girov götürüldü, kibercinayətkarlığa məcbur edildi - İrandan Azərbaycana ilginc qaçış
İran vasitəsi ilə Türkiyədən qaçıb Biləsuvarda saxlanılan azərbaycanlı gəncə bəraət verilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1998-ci ildə Gəncə...
