Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbi çağırışçılarla bağlı vəd verərək dələduzluq etməkdə təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsinin zabiti Asim Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hakim Əziz Eminovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.
O, məhkəmə zalında həbs edilib.
İttihama görə, təqsirləndirilən Asim Babayev zərərçəkmişlərə həkim komissiyasından pensiya təminatı təşkil edəcəyi vədi verərək 13 min manatdan çox vəsaiti dələduzluq yolu ilə əldə edib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....