Dövlət qurumu Baş Prokurorluğa müraciət etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların quruduğu faktı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov BAKU.WS-ə bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli bina tikmək üçün ağaclar məhv edildi - FOTO
Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində ağaclar kəsilib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirili...