DİN: “Zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib” - YENİLƏNİB

DİN: “Zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib” - YENİLƏNİB
Hadisə 5

Azərbaycanda polis zəlzələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, nazirlik tərəfindən zəlzələ ilə əlaqədar xüsusi tapşırıqlar verilib, polis gücləndirilmiş iş rejiminə keçib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib.

"Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir", - məlumatda bildirilir.

***09:13

Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafatla barədə Daxili İşlər Nazirliyinə (DIN) məlumat daxil olmayıb.

Bu barədə BAKU.WS-ə DİN-dən bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər