DİN Xaçmazda yol polisinin piyadanı vurması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov BAKU.WS-ə bildirib ki, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya çatdırıb.
“Hazırda müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır", - o əlavə edib.
***08:13
Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı “BMW” markalı avtomobil vurub.
Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.
Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...
Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Arif mübahisə zəminində arvadı Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS teleqraf.com-a istin...
