DİN və DSX-dən birgə əməliyyat: Küllü miqdarda narkotik maddə dövriyyədən çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Biləsuvar rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı şərti adı N.B olan şübhəli şəxs saxlanılıb.
Onun üzərindən 6 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 1800 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
İrandan Azərbaycana göndərilən 13 milyon manatlıq narkotik aşkarlanıb - VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu...