DİN və DTX Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var (FOTO)
14
fev
2018
14:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İnsan sağlamlığına güclü təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxslər saxlanılıb.DIN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində Ağcəbədi rayon sakinləri, Tuqay İmanov, Adəm İsmayılov və əvvəllər məhkum olunmuş Hacı Qurbanov 400 qram civəni satmaq istəyən zaman cinayət başında saxlanılıblar.Araşdırma zamanı məlum olub ki, əvvəlcə A.İsmayılov onda civə olması barədə digər dəstə üzvlərinə məlumat verib. Daha sonra H.Qurbanov həmin civəyə müştəri tapıb satmağı və əldə edilən pulu 3 nəfər arasında bölməyi təklif edib.Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər
Bakıda polis və DTX-dan birgə əməliyyat
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və polis Bakıda birgə əməliyyat keçirib.APA-nın məlumatına görə, paytaxtın Nizami rayonunda həyata keçirilən əməliyyat nətic...