DİN: "Saatlıda polisin bir qrup sakinə odlu silahdan atəş açması iddiaları əsassızdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakininin polis əməkdaşlarına tabesizlik göstərmələri və bu zaman polisin odlu silah tətbiq etməsi ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, həqiqəti əks etdirmir.
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib.
O, polisin qanuni tələbinə əməl etməyən şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq yalnız xüsusi vasitələrin tətbiq edildiyini deyib:
“Bir daha vurğulayıram ki, polis odlu silahdan istifadə etməyib”.
Oxşar xəbərlər
Azərbaycanda bir qrup şəxs magistral yolunu bağlamağa cəhd edib - DİN
"Saatlıda polisin qanuni tələblərinə əməl etməyən bir qrup şəxs saxlanılıb". Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, bu gün saat 14...