DİN polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir:
"Martın 20-si saat 17 radələrində Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisində Saməddin Yəhyayev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".
Qeyd edək ki, yol qəzasında ölən S.Yəhyayev Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşı olub.
Oxşar xəbərlər
Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlum...