DİN: Masallıda azyaşlıya təcavüz faktı təsdiqini tapmayıb - YENİLƏNİB

DİN: Masallıda azyaşlıya təcavüz faktı təsdiqini tapmayıb - YENİLƏNİB
Hadisə 316

Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb.

BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı rayon Polis Şöbəsinə müraciət edib:

"Dərhal müvafiq araşdırmalara başlanılıb. Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa, qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb".

***17:23

Masallı rayonunun Hərəb kəndində 12 yaşlı qız 60 yaşlı qonşusu tərəfindən təcavüzə məruz qalıb.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilir ki, 60 yaşlı Hacıyev Niftulla azyaşlıya iki dəfə təcavüz edib.

Azyaşlının atası bildirir ki, H.Niftulla uşağa pul təklif edib. O, evin pəncərələrinin qırıq olmasından və azyaşlının tək olmağından istifadə edərək onu zorlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər