DİN gecə işləyən kafeni aşkar etdi, müştərilər saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında,yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.
Qalereya
Oxşar xəbərlər
Polis qəfil əməliyyat keçirdi - obyekt sahibi və müştərilər saxlanıldı - VİDEO
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Daxili İşlə...