Polis qəfil əməliyyat keçirdi - obyekt sahibi və müştərilər saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeyd edilən neqativ halların qarşısının alınması, qəlyandan istifadə edilməsinə şərait yaradan məkanların aşkarlanması istiqamətində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Növbəti belə tədbir zamanı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “No name” çay evində qəlyandan istifadə edilməsi barədə polis orqanlarına məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı Səbuhi Nağıyev və daha 5 müştəri polislər tərəfindən saxlanılıb. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və hər biri cərimə olunublar.
Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.
Oxşar xəbərlər
Polis qəlyana görə əməliyyat keçirdi - VİDEO
Abşeronda karantin qaydalarına əməl etməyən iaşə obyektlərində polislər tərəfindən reydlər keçirilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua...