DİN-dən avtomobilə görə özünü yandırmaq istəyən şəxslə bağlı AÇIQLAMA
14
noy
2017
21:07
Bu gün Ağdamda özünü yandırmağa cəhd göstərmiş 1970-ci il təvəllüdlü Bəhlul Əmirovla bağlı təfərrüatlar məlum olub.BAKU.WS-in xəbərinə görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə Trend-ə açıqlamasında bildirib ki, bu, B.Əmirovun artıq 4-cü özünə qəsd faktıdır.“Əvvəllər dəfələrlə məhkum edilmiş Bəhlul Əmirov adının hallandığı sonuncu xırda talama faktı üzrə aparılan araşdırmdan narazı olduğu üçün istintaq orqanları qarşısında qanunsuz tələblər irəli sürərək, işin gedişatına həyatına qəsd etməklə təsir göstərməyə çalışıb. Bu, artıq ilk şantaj fakt deyil ki, o, həyatına qəsd edərək polisə, hüquq-mühafizə orqanlarına təzyiq göstərmək istəyir. Çox təəssüf doğurucu haldır ki, bu şəxs artıq həyatına qəsd etməyi pis vərdiş halına çevirib”, - rəis müavini qeyd edib.O.Mansurzadə vurğulayıb ki, hadisə baş verən zaman ərazidə xidmət aparan mühafizə polisi əməkdaşlarının ayıqlığı və çevik reaksiyası nəticəsində B.Əmirovun həyatı xilas edilib.BAKU.WS
Oxşar xəbərlər
Ağdamlı Bəhlul maşına görə üstünə benzin töküb özünü yandırdı
Ağdamda avtomobili cərimə meydançasına salınan rayon sakini özünü yandırıb.Trend-in məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində baş verib. Kənd sakini, 197...