DİN-dən narkotik əməliyyatı - Lənkəranda 22 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Son 10 gündə Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında, keçirilən əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 22 nəfər saxlanılıb.
Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan ümumilikdə külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Faktlarla bağlı Lənkəran ŞRPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Narkotacir ana və oğul saxlanıldı - FOTO
Lənkəranda narkotacir ana və oğul saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat veril...