DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov “oxu.az”a açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:
“Nəticədə H.Heybətov qadını hərəkətdə olan avtomobildən yola atıb. Hadisə Quba rayonu ərazisində baş verib. N.Sarxanova xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
Azərbaycanda 87 yaşlı qadını qəbiristanlıqda zorladılar, xəstəxanada keçindi - Cinayət işi
Quba rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf.com...