DİN-dən fəalların şəxsi yazışmalarının yayılması ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qadınlar Günündə Bakıda bir qrup aktivist qadının “8 Marş - Haqlarımız uğrunda” yürüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, aksiyadan 1 gün sonra fəallardan biri Nərmin Şahmarzadənin yaxın çevrəsinə daxil olan Gülnarə Mehdiyeva, Bəxtiyar Hacıyev və digər aktivistlərlə mesajlaşmaları yayıldı. Həmin şəxsi yazışmalardakı psixoloji olaraq çətin vəziyyətdə olan yeniyetmə qadınlarla bağlı müzakirələr və şəxslər arasındakı intim söhbətlər də açıq formada paylaşıldı.
Tərəflər bunu montaj adlandıraraq hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.
DİN Mətbuat xidmətindən məsələ ilə bağlı cavab olaraq bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyev qeyd edilən halla bağlı nazirliyin 102 xidmətinə müraciət edib:
“Müraciət aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə yönləndirilib. Bəxtiyar Hacıyev bölməyə dəvət edilərək ifadəsi alınıb. Hazırda araşdırmalar davam etdirilir”.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...