DİN-dən eyni gündə itkin düşən 2 məktəbli ilə bağlı açıqlama - YENİLƏNİB

Yasamal rayonunda bir gündə iki məktəblinin itkin düşməsi ilə bağlı xəbər yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hər iki məktəbli ailə üzvlərinə demədən getdiyi digər ünvanlarda olması polis əməkdaşları tərəfindən müəyyən edilib.
Kriminal hal yoxdur.
*** 10:00
Bakıda eyni gündə iki şagird itkin düşüb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrın 6-da saat 15 radələrində Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən 21 saylı orta məktəbdə təhsil alan 2008-ci il təvəllüdlü X.Q. orta məktəbdən çıxdıqdan sonra itkin düşüb. Hadisə ilə bağlı polisə müraciət edilib.
Həmin gün saat 12 radələrində isə Yasamal rayonu, M.Bünyadzadə küçəsində yerləşən 153 saylı məktəbdən çıxan 2010-cu il təvəllüdlü A.Ş. itkin düşüb. Həyata keçirilən axtarış tədbirləri nəticəsində 12 yaşlı uşaq saat 20 radələrində tapılıb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...
