Bulvarda beş qadın nəvə, nənə və rəfiqəsini döydü: DİN HƏRƏKƏTƏ KEÇDİ - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində məlumatlar yayılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.
Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb.
Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Qalereya
Oxşar xəbərlər
Anasının qəssabla münasibətindən şübhələnən gənc bıçağa əl atdı - TƏFƏRRÜAT
Beyləqanda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Nurlan Ataşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. BAKU.WS “teleqraf....