DİN: Astarada aptekə basqın barədə məlumatlar təsdiqini tapmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Astara rayonunun Kijəbə qəsəbəsində Emil Kazımova məxsus aptekə gələn rayonun Maşxan kənd poçt şöbəsinin müdiri Tacəddin Fərhadovun aptek sahibinə hədə-qorxu gələrək 40 min dollar tələb etməsi barədə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə apa-ya DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, həmin müraciət əsasında aparılan araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxslər arasında borc mübahisəsi var. İlkin araşdırma zamanı hədə-qorxu ilə tələb etmə faktı təsdiqini tapmayıb və həmin müraciətin qərəzli şəkildə edildiyi müəyyən olunub. Hazırda məsələ ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs aptekə BASQIN ETDİ: 40 min dollar...
Astara rayonunda aptekə basqın olub. BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. Emil Kazımova məxsus aptekə gə...