DİN "TikTok"da yayılan gənc qızın videosuna REAKSİYA VERİB
06
noy
2024
17:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"TikTok" sosial platformasının Azərbaycan seqmentində üz-gözü qan içində olan gənc qızın görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, sözügedən video izləyicilərin sərt reaksiyasına səbəb olub.
Videoda gənc qızın ağlaması öz əksini tapır. Görüntülərin harada və kimlər tərəfindən lentə alındığı məlum deyil.
Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı BAKU.WS-ə açıqlamasında bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...