DİN: "Telegram"da vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb

DİN: Telegramda vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən şəxs saxlanılıb
Hadisə 221

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşı aldadaraq onun maddi vəsaitini ələ keçirən paytaxt sakini, 33 yaşlı Məhərrəm Ağarzayev saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

O, "Telegram" sosial şəbəkə seqmentində "Remax" adlı kanal yaradaraq investisiya, yatırım kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verib və rayon sakininin 2 min manatını dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, vətəndaşa dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin olunub.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Son xəbərlər