DİN əməliyyat keçirib, 15 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Bakının Xətai və Binəqədi rayonlarında 15 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunan 29 yaşlı Röyal Məmmədov və həmyaşıdı Cavad Məmmədov saxlanılıblar. Onlara məxsus mənzil və avtomobildən 15 kiloqram 460 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.
Onların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Qızına xəyanət etdiyinə görə kürəkənini döyən kişiyə hökm oxundu - TƏFƏRRÜAT
Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Rza Əhədov ailədaxili münaqişə zamanı kürəkəni Ayaz Hüseynova (ad-soyadlar şərti verilib-red.) xəsarət yetirib. BAKU.W...