DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.
"İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın", - müraciətdə bildirilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...