Dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı
04
fev
2022
14:29
Gəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində avara və dilənçiliklə məşğul olan 22 nəfər, o cümlədən 4 kişi, 11 qadın və 7 azyaşlı saxlanılıb.
Onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edildikdən sonra yaşadıqları rayona göndəriliblər.
Oxşar xəbərlər
Yol polisi Mingəçevirdə reyd keçirib
Mingəçevir şəhər Polis Şöbəsinin yol polisi bölməsi növbəti dəfə piyadalara, qayda pozan sürücülərə, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı...