Dəhşətli qəzada dünyasını dəyişən azərbaycanlılardan biri (FOTO)

Dəhşətli qəzada dünyasını dəyişən azərbaycanlılardan biri (FOTO)
Hadisə 2935

Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan biri Naxçıvan Universitetinin tələbəsi olub.

BAKU.WS naxcivanxeberleri.com-a istinadən xəbər verir ki, Fərhad Fərhadlı universitetin Maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi idi. O, Ordubad rayonunun Kotam kəndində doğulmuşdu.

Valideynləri Türkiyədə yaşadığı üçün o Naxçıvana təhsilini davam etdirməyə qayıdırdı.

Dünyasını dəyişənlərdən 3 nəfərinin adı məlum olub. Bunlar Fərhad Fərhadlı, Süleyman Əliyev və Zivər Səfərovadır.

Arzu Mirzəyeva

BAKU.WS 

Son xəbərlər