Azərbaycanlı tələbənin müəmmalı ölümü
27
okt
2016
10:51
Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin azərbaycanlı tələbəsi universitetin yataqxanasının 7-ci mərtəbəsindən düşərək ölüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib.
Azərbaycan vətəndaşı, İmişli rayonunun Cəfərli kəndində anadan olmuş ikinci kurs tələbəsi Abbaszadə Emil Mahir oğlunun intihar etdiyi, yoxsa kimlərsə tərəfindən yüksəklikdən atıldığı hələlik məlum deyil.
Tələb yoldaşlarının bildirdiyinə görə, onun yataqxananın 7-ci mərtəbəsindən düşdüyünü görüblər. Lakin hadisənin motivi və təfərrüatları barədə məlumatları yoxdur.
Oxşar xəbərlər
670 bal toplayan tələbə intihar etdi - Bakıda dəhşət
Bakıda dəhşətli intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğ...