"Deyirlər ki, get, ver məhkəməyə" - Qurum şikayətə niyə baxmır?
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov, 16a ünvanında yaşayan sakin Elçin Əzizovun adına təxminən 30 il əvvəl yaşadığı Qobustan qəsəbəsindəki ünvandan böyük məbləğdə su borcu gəlib.
Vətəndaşın sözlərinə görə, borc tamamilə əsassızdır:
"Mən 1999-cu ildə Qaradağ rayonu, Qobustan qəsəbəsində qeydiyyatdan çıxmışam. Çıxma haqqında da arayışım mövcuddur. Buradan qeydiyyatdan çıxmağıma baxmayaraq, borc mənim adıma gəlib".
Borcun ümumi məbləği 872 manat təşkil edir. Əzizov bildirir ki, bu məbləğin 842 manatı su pulu, 30 manatı isə dövlət rüsumudur. Borcun əhatə etdiyi dövr isə 2008-ci ildən 2025-ci ilə qədər olan illərdir.
Qeydiyyatdan çıxma ilə bağlı arayışın olmasına baxmayaraq, uzun illər ərzində formalaşan borcun məhz onun adına gəlməsi Elçin Əzizovun narazılığına səbəb olub.
Ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin okty...